TİBBİ HƏDİSLƏR. MƏDƏYƏ ZƏRƏRLİ OLAN VASİTƏLƏR.

a) Tıxaclanma
İmam Sadiq (ə): Qızdırmadan başqa bütün xəstəliklərin səbəbi mədə tıxaclanmasıdır. Qızdırma isə öz-özünə gəlir.
Peyğəmbər(s): Bütün xəstəliklərin kökü mədənin tıxaclanması və yeməyin ağırlıq təşkil etməsidir.
b) Çox yemək
İmam Əli (ə): Ey Kümeyl, mədəni yeməklə yükləmə. Su üçün yer, hava üçün macal saxla. Gözün yeməkdə qala-qala ondan əlini çək. Əgər bu cür etsən, yeməyin həzmə gedər.
Bədənin sağlamlığı yemək və suyun azlığından asılıdır.
c) Yemәyin ortasında su içmək
İmam Rza (ə): Kimsə mədəsinin ona əziyyət verməməsini istəyirsə, yeməyini bitirməmiş su içməsin. Yeməyin əsnasında su içən şəxsin bədənində rütubət artar, mədəsi zəifləyər və damarlar o yeməkdən güc ala bilməzlər. Çünki yeməyin üstünə tədricən su töküldükdə mədə genişlənir.
ç) Suyu birdən içmək
Peyğəmbər (s): Suyu sümürə-sümürə için, birdən udmayın. Çünki qara ciyər ağrısı ondan yaranır.
d) Hamamda soyuq su və arpa suyu içmək
İmam Sadiq (ə): Hamamda soyuq su və arpa suyu içməkdən çəkin, mədəni korlayar.
İmam Hadi (ə): Qurudulmuş duzlu ət pis ətdir. Çünki o, mədədə açılır və bütün xəstəlikləri hərəkətə gətirir. Onun heç bir şeyə faydası yoxdur, yalnız zərəri var.
a) Bişməmiş әt yemək
İmam Rza (ə): Bişməmiş ət yemək qarında qurd yaradır.
f) Çox yumurta yemək
İmam Rza (ə): Çox yumurta yemək və buna adət etmək dalaq xəstəliyi və mədənin başında yel yaradır.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
| « Avqust 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||
Top Xəbərlər






















































