TİBBİ HƏDİSLƏR TOPLUSU. HƏZMETMƏ ORQANININ SAĞLAMLIĞI.

Pəhriz
Peyğəmbər (s): Mədə bütün xəstəliklərin evi, pəhriz isə bütün dərmanların köküdür.
İmam Sadiq (ə): Mədə xəstəlik evi, pəhriz isə yeganə dərmandır.
Həzmə kömək edən vasitələr
a) Kahi
Peyğəmbər (s): Kahı yuxu gətirir və yeməyi həzmə verir.
b) Xurma
. Peyğəmbər (s): Cəbrayıl (ə) mənə xəbər verib ki, bərni xurmasında doqquz xüsusiyyət var: ağız iyini təravətləndirir, mədəni saflaşdırır, yeməyi həzmə verir.
«Kafi»>- Əbu Əmr bir şəxsdən, o da İmam Sadiqdən (ə): <<Yediyiniz ən yaxşı xurma bərni xurmasıdır. O, özündə heç bir xəstəlik olmaya-olmaya xəstəliyi aradan qaldırır, heç bir zərər vermədən yorğunluğu götürür və bəlğəmi təmizləyir. Hər bir xurma yeməyin savabı var.>>
Başqa bir rəvayətdə isə deyilir: "Xurma yeməyi həzmə verir, mədədə ağırlıq saxlamır, yorğunluğu aradan qaldırır və insanı doyuzdurur.>>
c) Pendir
İmam Sadiq (ə): Pendir özündən qabaq yeyilənləri həzmə verir və iştaha yaradır.
İmam Sadiq (ə): Sıyıq xaşı həzm elətdirir.
«Məkarimul-əxlaq» - Əli ibn Süleymandan: İmam Rzanın (ə) yanında xaş yedik. Həzrət sıyıq gətizdirdi. Mən doyduğumu bildirəndə dedi: «Azacıq sıyıq yemək xaşı həzmə verir, onun dərmanıdır.>>
d) Diş fırçalamaq
Peyğəmbər (s): Hər kəs gündə iki dəfə dişlərini fırçalasa, peyğəmbərlərin adətini yerinə yetirib, yediyi həzm olunar.
e) Yeməkdən sonra arxası üstə uzanmaq
İmam Sadiq (ə): Yeməkdən sonra arxası üstə uzanmaq bədəni kökəldir, yeməyi həzmə verir və xəstəliyi bədəndən qovur.
«Tərif»: Rəvayət edilib ki, yeməkdən sonra arxası üstə uzanmaq qidanı həzmə verir, damarları açır. Yeməkdən sonra yatmaq da həzmi yaxşılaşdırır.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
| « Avqust 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||
Top Xəbərlər






















































