“Günəşli” faciəsindən altı il ötür

Bu gün “Günəşli” yatağında baş verən faciədən altı il ötür.
Yanğın 2015-ci ilin 4 dekabrında baş verib.
Faciə neft yatağının 10 saylı Dərin Dəniz Özülündə baş verib. Nəticədə 63 nəfər zərər çəkib. Onlardan 16-sı həlak olub, 16-sı itkin düşüb.
Qəza baş verəndən qısa müddət sonra Fövqəladə Hallar Nazirliyinin “Günəşli” yatağında növbədə olan “Vixr-9” yanğınsöndürən gəmisi, daha sonra isə “Vixr-5” yanğınsöndürən, “Avior” dalğıc gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlayıb. Eyni zamanda “Topaz-Diqnizi”, “Endeavour”, “Protektor”, “Lənkəran” gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunub.
5 dekabr tarixində ikinci xilasetmə qayığındakı işçilərin təxliyə edilməsi əməliyyatı həyata keçirilib. FHN-in həmin xilasedicilərinin bir qrupu AZAL-a məxsus helikopterlə, digər qrupu isə “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Müslüm Maqomayev” gəmisi ilə özülə çıxıb, qayıqdan 26 nəfər, özüldən üç nəfəri təxliyə edərək həmin gəmiyə götürüb.
Beləliklə, 33 nəfər təxliyə edilib, bir nəfərin isə cəsədi sudan çıxarılıb.
SOCAR-ın rəsmi açıqlamasında bildirilib ki, su altındakı 10 saylı platformanın qaz kəməri qasırğa səbəbindən zədələnib və nəticədə yanğın baş verib.
6 dekabr tarixində səhər radələrində Dövlət Neft Şirkətinin yaydığı məlumatda qeyd edilib ki, xilasetmə işləri fasiləsiz olaraq davam edir.
Hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunub.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
| « Avqust 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||
Top Xəbərlər





















































