Sabah şimşək çaxacaq, yağış yağacaq
İyulun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.HesenEskeri.az Modern.az-a istinad edərək xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 22-25 isti, gündüz 30-34 isti olacaq. Bakıda gecə 23-25 isti, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25 isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 9-da Abşeron yarımadasında mülayim xəzri küləyinin gündüz arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
İyulun 9-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 32-36 isti, dağlarda gecə 11-16 isti, gündüz 20-25 dərəcə isti olacaq.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
| « Avqust 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||
Top Xəbərlər














































