Bu gün Bakının 10 rayonu və Abşerona içməli suyun verilib-verilməyəcəyi bilinmir - AÇIQLAMA
Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı artıq üçüncü gündür ki, Bakının 10 rayonunda və Abşeronda içməli suyun verilməsində fasilə yaranıb.HESENESKERI.AZ xəbər verir ki, Oxu.az-ın yazdığına görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəsmi məlumatında bildirilirdi ki, avqustun 19-u səhər başladılan təmir-bərpa işləri avqustun 20-si axşam saatlarında yekunlaşacaq və avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.
Bu gün paytaxtda içməli suyun əvvəlki rejimlə verilməsinin təmin olunub-olunmayacağı ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.
Xidmətin mətbuat katibi Ceyhun Musaoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, suyun bu gün verilib-verilməyəcəyi hələ ki dəqiq deyil:
"Dəqiq məlum deyil. Hadisə yerində intensiv, sürətli, fasiləsiz təmir işləri aparılır".
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
| « Avqust 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||
Top Xəbərlər



















































