Əhaliyə XƏBƏRDARLIQ - Dekabrda bu günlərdə ehtiyatlı olun!
Geomaqnit sahəsinin aktivliyi 1 dekabrda proqnozlaşdırıldığı kimi G3 (güclü) geomaqnit qasırğasınadək yüksəlib. Hazırda Kp indeksi 2-ə bərabərdir.Bu barədə Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib.
Proqnoz günlərində (04-11 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin 04-06 dekabrda Tac Dəliyindən Yüksək Sürətli Axınların təsiri ilə yüksələ bilməsi ehtimalı var. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalacağı gözlənilir.
Günəş küləyinin sürətinin mənfi qütblü Tac Dəliyindən Yüksək Sürətli Axınların təsiri ilə 700km/san-dək artacağı və TKA-nın da əlavə təsiri gözlənilir.
Geomaqnit sahəsi–Tac Dəliyindən Yüksək Sürətli Axınların təsiri ilə bu gün G2 (orta) səviyyəli, sabah isə TKA-nın təsiri ilə G1 (zəif) geomaqnit qasırğası gözlənilir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
| « Avqust 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||
Top Xəbərlər




















































