DSX-nin hospitalından reportaj: “Gecə düşmənin diversiya qrupu gözlənilməz anda hücuma keçdi” - FOTO/VİDEO

12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Trend-in çəkiliş qrupu Dövlət Sərhəd Xidmətinin yaralı hərbiçilərinin müalicə aldığı hospitalda olub və onların vəziyyəti ilə maraqlanıb.
DSX-nin hərbi qulluqçusu Təbriz Ramazanov bildirib ki, hazırda vəziyyəti yaxşıdır.
“Sentyabrın 12-dən 13-nə keçən gecə müşahidələrimiz nəticəsində düşmənin bizim postlarımıza yaxınlaşdığını gördük və dərhal lazımi tədbirləri görərək, düşmən təxribatının qarşısını aldıq. Düşmən tərəfinin atdığı əl qumbarası nəticəsində qəlpə yarası aldım”, - deyə o əlavə edib.
DSX-nin hərbi qulluqçusu Bəhram Qarayev qeyd edib ki, hospitala gəldiyi ilk günlər ayaqları üzərində dayan bilmirdi.
“Həkimlərimiz sayəsində vəziyyətim getdikcə yaxşılaşır. Sentyabrın 12-dən 13-ə keçən gecə düşmənin diversiya qrupu gözlənilməz anda hücuma keçdi. Bu zaman sərhədçilərimizin ayıq-sayıq xidməti nəticəsində düşmənin postlarımıza yaxınlaşdıqlarını gördük və döyüş əməliyyatına başladıq. Əməliyyat zamanı düşmən itki verərək geri çəkildi”, - deyə o bildirib.
Videoreportajı təqdim edirik:








İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
| « Avqust 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||
Top Xəbərlər





















































