İslamda Ailə - Həsən Əskəri Dərnəyi
İSLAMDA AİLƏ MÜNASİBƏTLƏRİ. AİLƏ OCAĞININ İSTİLİYİ.
Əziz oxucular! Ailə mühitini isti saxlamaqdan ötrü evdəki şadlıq və aramlığınızı qoruyun!
Həyat yoldaşınızla yanaşı övladlarınızla da eyni təbəssüm və vüqarla davranın ki, pərişanlıq və nigaranlığı ev mühitindən uzaqlaşdırasınız. Problem və çətinliklərlə qarşılaşarkən tam ciddiyyətlə rəftar etməyiniz müşgüllərin gözlənilmədən aradan qalxmasına zəmin yaradır. Qəm-qüssə, pərişanlıq ilan və əqrəb kimidir ki, onların aradan qaldırılmasında geciksəniz, onlar sizi aradan aparcaqlar.
Dilinizdən muğayat olun, məbada bir dil yarası ilə aranızdakı səfa-səmimiyyət və mehribanlığı uzaqlaşdırasınız. Öz yoldaş və övladlarınıza məhəbbət göstərib, mülayim və qəlboxşayan sözlərlə lətafətli qəlblərini özünüzə cəzb etdirin ki,  Peyğəmbər (səlləllahu əleyhi və alih) bu barədə buyurur:
“Ərin öz arvadına söylədiyi “səni sevirəm, səni çox istəyirəm” kəlməsi onun qəlbindən heç vaxt çıxmayacaq, onun mehribanlıq və səmimiyyət yaradan müsbət təsiri həmişəyaşardır.” (“Vəsaliuş-şiə”, 7-ci cild, сəһ.10)
Bu kiçik cümləni dilə gətirib söyləməklə qadındakı məişət və məsuliyyət yükünün bütün ağrı-acısını, çətinlik və yorğunluğunu aradan aparmaq mümkündür ki, qadın əlavə qüvvə və tam hazırlıqla ailə həyatını və uşaqlarının tərbiyəsini davam etdirsin. Ailənin intizamı və möhkəmliyinin əsası məhəbbət, ər-arvadın arasında olan qarşılıqlı ehtirama bağlıdır.
Odlu nəvaziş qığılcımlarını qəlbinizdə şölələndirin. Uşaqların ikitirəlik, pərişanlıq və qanıqaraçılıqdan, habelə mehribanlıq, mənəviyyət, məhəbbət və səfa-səmimiyyətin olmamasından çəkdikləri əziyyət qədər, maddi çatışmamazlıqdan çəkmirlər. Məhəbbət və nəvaziş istər-istəməz maddi çatışmazlıqların yerini tutacaqdır.
İSLAMDA AİLƏ. LƏYAQƏTLİ QADININ SİFƏTLƏRİ.
Ləyaqətli qadının digər gözəl və təqdirəlayiq sifətlərindən biri budur ki, öz ərini bütün dünyaya belə dəyişməsin. Bu məsələ bir neçə surətdə isbata yetir:
Birinci: Qohum-əqrəba və ya tanışlardan bəzisinin qadınının ərinə qarşı onun ardınca xoşagəlməz sözlər danışarsa qadın tam cəsarət, cürət və ədəblə öz ərinin tərəfini saxlamalıdır.
İkinci: Ailənin maddi vəziyyəti istər aşağı, istərsə də yuxarı həddə olduqda, başqa sözlə desək, ailənin pullu və pulsuz olması qadının rəftar və münasibətində dəyişiklik yaratmamalıdır. Əksinə, kasıbçılıq zamanı və maddi çətinliklərlə qarşılaşarkən ərinə qarşı daha artıq məhəbbət və mehribanlıq göstərməlidir. Əsla səbirsizlik edib öz qüdrət və dözümünü əldən verməməlidir.
Üçüncü: Süstlük, zəiflik, yaxud kiçik bir səhv müşahidə etdikdə, heç vaxt onu özgəsinə açıb söyləməməli, evin çatışmamazlıqlarını başqalarına bildirməməlidir.
Qurani- Şərif bu barədə belə yol göstərir. Ümumiyyətlə Quran bu nəzərə malikdir ki, insan gərək başalarının eyblərini örtməklə yanaşı, eyni zamanda bilməlidir ki, özü başdan-ayağa eyb, nöqsan, günah və üsyankarlıqdadır.
Əgər eybləri örtən Allah onun eyblərini camaatın gözündən gizlətməsəydi hər yerdə rüsvay olardı. Bu böyük nemət müqabilində şükr edərək gözlərimizi başqalarının nöqsan və çatışmamazlıqlarından örtərək eyblərini görməməliyik.
Bu mühüm məsələdə hamıdan çox qadın çalışmalı və bilməlidir ki, pullu və pulsuz olmağın hər ikisi insan üçün bir imtahandır. Yə`ni Allah insanı pullu və pulsuz olmaqla yoxlayır. Qadın pulsuzluğuna görə heç vaxt ərini təhqir etməməli və yaşayışda yoxsulluq ilə üzləşdikdə öz ərini digər tanışları, həmkarları və qohumları ilə müqayisə etmək fikrinə düşməməlidir ki, bu surətdə ailənin şirin yaşayışı acı zəhərə çevrilər.
Hədislərdə deyilir ki, Əmirəl-möminin (əleyhissalam) hər vaxt xanım Fatimə (əleyha salam)-ın zahirdə kiçik və yoxsul evinə daxil olsaydı, rahatlıq hiss edər, təskinlik tapardı. Amma, əgər bir qadın salehə və eləcə də sayılan sifətlərə malik olmazsa və ərin haqqı ödənilməzsə çarəsi nədir? Çarəsi nəsihət etməkdir!
Kişinin qadına qarşı hüququ əxlaqi vəzifələr və ürfi qaydalardan istisna olunur. Belə ki, kişinin öz arvadını “nə üçün partarlarını yumayıb və ya xörəyi yaxşı bişirməyib” deyə sorğu-suala tutmağa haqqı yoxdur. Kişinin qadına qarşı tam haqqı təkcə ər-arvad məsələləri ilə bağlıdır ki, bu barədə qadın gərək yalnız öz ərinə təslim olsun. Salehə qadın öz ərinin ruhiyyəsindən xəbərdar olub ərinin ondan bir şey istəməsindən əvvəl onun istəyinə müvafiq əməl edən qadınlara deyilir.
Yuxarıda qeyd edildi ki, moizə üç əsas şərt əsasındadır ki, yalnız onların mövcud olduğu surətdə moizə təsir edib nəticə verəcəkdir:
1-Mehr-məhəbbət göstərmək: Yəni moizə edən mehribanlıq və ürək yanğısı ilə nəsihət etməlidir.
2-Dəlil gətirmək: Yəni moizənin əsası aşkar və məlum bir dəlil ilə qeyd olunsun.
3-Ürək genişliyinə malik olmaq.
Moizə zamanı sonuncu şərt çox mühüm əhəmiyyətə malik olması ilə yanaşı, həm də qeyd etmək lazımdır ki, böyük nemətdir.
Belə ki, Allah-Taala Quranda Öz Rəsuluna bu cür xitab edir:
“Ey əziz Rəsul, Biz sənə geniş ürək və açıq qəlb əta etmədikmi?” (“İnşirah” surəsi, ayə:1)
AİLƏDƏ GÖZƏL ƏXLAQ
İslam tarixində oxuyuruq:
Allah Rəsulunun (səlləllahu əleyhi və alih) səhabələrindən (dostlarından) biri dünyadan köçdüyü zaman Həzrət onun dəfn mərasimində iştirak edir və mübarək əli ilə onu torpağa tapşırarkən ölənin anası üzünü qəbrə sarı tutub deyir “Sənin üçün ağlamıram, axı nə üçün ağlayım? Bir halda ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in əli ilə torpağa tapşırıldın, mütləq xoşbəxtsən”.
Anası qəbrin üstündən çəkilən zaman, Peyğəmbər (səlləllahu əleyhi və alih) üzünü səhabələrə tutub buyurur:
“Elə bu saat qəbir onu elə sıxdı ki, sinəsinin sümükləri sınıq-sınıq oldu.”
Səhabələr soruşdular:
“Ya Peyğəmbər, o ki yaxşı adam idi!”
Həzrət buyurdu:
“Bəli, amma evdəki rəftarı pis idi.”
Əgər insan əsəblərini cilovlayıb qəzəbini boğarsa, həm ailə problemləri öz həllini tapar, həm də ilk qəbir gecəsində rahat olar və Allah-Taala Qiyamət günü onu bağışlayar. İnşaallah!
Böyük əhəmiyyətə malik olan məsələlərdən biri də, insanın cəmiyyət və ailədə mənfi baxışlı olmaması və bütün məsələlərə hüsnü-niyyətlə yanaşmasıdır. Mənfi baxışlı olmaq insanda kin,  qüssə, qeybət və şayiələrin yaranmasına bais olur.
Mənfi nəzərli adamlar Qiyamət günü məhşər səhnəsinə milçək şəklində daxil olacaqlar, çünki dünyada milçək kimi həmişə çirkinlik, eyb, nöqsan və iyrənc işlər ardıncadırlar.
Buna görə də dost və həmkarların yaxşılıqlarını, ələlxüsus ailənin yaxşı cəhətlərini nəzərə alaraq zəif nöqtələrinə göz yummalıyıq.
Həzrət İsa (əleyhissalam) bir gün öz səhabələrindən bir neçəsi ilə yol gedirdilər ki, murdar olmuş bir keçi ilə rastlaşdılar.  Səhabələrdən hər biri o heyvanın bir eybini sadalamağa başladılar, amma Həzrət İsa (əleyhissalam) “Bu murdar olmuş heyvanın nə qəşəng ağ dişləri vardır!”- deyə onların eybləri sadalamaqlarının qarşısını aldı.
İSLAMDA AİLƏ. AİLƏDƏ QARŞILIQLI GÜZƏŞT VƏ XƏTALARI ÖRTMƏK
Ər-arvadın ailədə möhtac olduqları iki mühüm xüsusiyyət qarşılıqlı güzəşt və xətaları örtməkdir. Bu gözəl xislət özünü ilahi peyğəmbərlərin və məsum İmamların (əleyhimussalam) rəftarında tam və bariz şəkildəgöstərmişdir. O alicənab və nümunəvi insanlar çox güzəşt edib xəta və səhvləri gizlədirdilər.
Bir gün şamlı bir nəfər Mədinə şəhərinə gələrək İmam Həsən (əleyhissalam)-la rastlaşır, amma o həzrəti tanımır. Həzrətdən kimolduğunu soruşduqda onu tanıyır. Əhli-beyt düşmənlərinin apardıqları xoşagəlməz və yanlış təbliğatın təsiri ona da nüfuz etdiyindən “qürbətən iləllah” (Allaha xoş getsin deyə) o həzrətə nalayiq sözlər deyərək ürəyindəki kin-küdurəti aşkara çıxartdı, öz ədəbini göstərdi. Bu nalayiq hərəkit müqabilində İmam Həsən (əleyhissalam) əsəbiləşmədən, narahtlığını büruzə vermədən mülayim və məhəbət dolu nəzərini o kişiyə salır və gözəl xasiyyətə sahib olmaq haqqında onun üçün bir neçə Quran ayəsi tilavət edir və sonra buyurur:
“Mən sənə hər cür kömək və xidmət göstərməyə hazıram.”
Sonra həzrət ondan soruşur:
“Şam əhlindənsən?”
O kişi cavab verir: “Bəli”.
Həzrət belə buyurur:
“Sən bizim şəhərdə qəribsən, əgər bir şeyə ehtiyacın varsa sənə kömək etməyə hazıram, gəl səni öz evimə qonaq aparım.
Paltarın yoxdursa, səni geyindirim, pulun yoxdursa sənə pul verim.” Şamlı kişi öz yaramaz əxlaqı müqabilində kəskin reaksiya gözləyirdi və bu cür güzəşt və əfvi təsəvvür etmirdi. Amma İmamın bu cür mülayim rəftarından sonra elə dəyişdi ki, “o vaxt arzu etdim kaş yer aralanaydı və mən yerə girəydim ki, bu cür ədəbsizlik və ölçüsüz kobudluğa yol verməyəydim. O vaxta kimi mənim üçün yer üzündə Həsən ibni Əli və atasından, (Allahın salamı onlara olsun) başqa bir düşmən yox idi,  amma bu hadisədən sonra mənim ondan və atasından yaxın və məhbub bir kəsim yoxdur” deyə xatırlayırdı. (Səfinətul-bihar”, 2-ci cid səh.207)
İmam Sadiq (əleyhissalam) bu barədə buyurub:
“Qüdrət sahibi olan zaman əfv edib bağışlamaq Allah peyğəmbərləri və təqvalı insanların adətidir.”
Həzrət Əmirəl-möminin Əli (əleyhissalam) əfv etmək haqqında buyurmuşdur:
“Qüdrət sahibi olduğunuz zaman əfv edin ki, Allahın sizə verdiyi qüdrətin şükrü əfv etməkdir.” (“Səfinətul-bihar”, 2-ci ciıd səh.208)
Həzrət Yusif (əleyhissalam)-ın öz qardaşları və Züleyxanın günahından geçərək onları bağışlaması Allah övliyalarının ardıcılları üçün tutarlı bir nümunədir. Allah peyğəmbəri qardaşlarının ona etdikləri böyük zülmün qarşısında yüksək qüdrət və izzət sahibi olduğu halda böyüklük və alicənablıqla güzəşt edərək onlara deyir:
“Siz məni Misrin şərafətlisi və böyüyü etdiniz.”
Qırx ildən sonra atası ilə görüşərkən ona “Şeytanın mənimlə qardaşlarım arasında fitnə-fəsad saldığını” söyləyir. Doqquz illik zindan əziyyətini unudaraq və Züleyxanın günahından keçərək onu bağışlayır. , peyğəmbər və din rəhbərlərinin (əleyhissalam) günahı bağışlayaraq güzəştə getmələrindən ibrət dərsi öyrənməklə yanaşı özümüzü Quran ayəsinə layiq göstərək.
Qur`an bu zəminədə buyurur:
“İman əhli gərək güzəşt etsinlər və başqalarının günahını üzə vurmasınlar. Məgər istəmirsiniz ki, Allah sizin günahınızdan keçsin?!
Əlbəttə, Allah daha çox bağışlayan və mehribandır.” (“Nur” surəsi, ayə : 22)
İnsan ailə və ya cəmiyyətdəki kiçik səhvləri görməməzliyə vurub güzəştə getsə, belə bir hərəkətin o mühitdə müsbət təsiri vardır ki,  öz ardınca səfa-səmimiyyət gətirəcəkdir. Ən başlıcası budur ki, belə bir hərəkət Qiyamət günündə Allah-Təalanın insanın xəta və pisliklərinə göz yumaraq onu bağışlamasına səbəb olar. Əfv və güzəştin olması ailə mühitini hərarətli saxlayaraq günahların bağışlanmasına səbəb olacaqdır.
Bəs hər vaxt bir-birinizin səhv və ya xətası ilə qarşılaşsanız, güzəşt, mehribanlıq və əfv şö`lələrini qəlblərinizdə alovlandırıb isti ailə ocağınızda bir-birinizi bağışlayaraq əfv və rəhmət gölgəsində başdan-başa məhəbbət və şövqlə dolu, xoş və mənəviyyatlı bir həyat keçirəsiniz.
Ailədəki mənəviyyat, ləzzət və şirinlik ailə üzvlərinin bir-biri ilə keçinərək qarşılıqlı anlaşması sayəsindədir. Əgər ailə üzvləri bir-birini düşünüb yola gedərlərsə ailədəki nəzm və nizamın möhkəm olacağına şübhə ola bilməz.
Sünnülərin rəhbərlərindən biri olan Əhməd ibni Hənbəl özünün tanınmış “Müsnəd” kitabında Ayişənin dilindən belə nəql edir:
“Bir gün Allahın Rəsulu mənim evimdə idi, Onun arvadı Səfiyyə bişirdiyi xörəkdən həzrət üçün yolladı. Xörək gətirən kənizi görcək bədənim əsməyə başladı və ixtiyarsız xörək qabını onun əlindən alıb yerə çırpdım. Peyğəmbərin gözlərinin mənə dikildiyini gördükdə bu rəftarımın qəzəb və nifrət cizgilərini onun simasında müşahidə etdim.
Allah Rəsulunun qəzəbindən o həzrətə pənah apardım və dedim:
Ümidvaram ki, mənə qarğış etməyəsiniz.
Peyğəmbər buyurdu:
Ayişə, tövbə et!
Bu əməlimi necə düzəldim ?
-deyə o həzrətdən soruşdum.
Həzrət buyurdu: Səfiyyənin bişirdiyi xörək kimi, xörək bişir və onun qabına oxşar bir qab alıb həmin xörəkdən onun üçün göndər. (“Musəndi-Əhməd”, 6-cı cild, səh.272.)
Belə və buna bənzər hallarda Allah Peyğəmbəri (səlləllahu əleyhi və alih) ürək genişliyi və alicənablıq göstərərək səy edirdi ki,  çətinliklərə məhəbbət və düşüncə ilə yanaşaraq onları razılıqla aradan qaldırsın. Həzrət Quran buyuruğuna arxalanaraq onlara həmişə nəsihət edirdi.
Biz də öz sevimli peyğəmbərimizin yolunu davam edərək səhvləri görən zaman özümüzü görməməzliyə vurub lazım olan surətdə tam ədəblə nəsihəti və ürəkyanğısını ifadə edən sözləri xatırladaq. İxtilaf və səhvi gördüyümüz zaman dad-fəryad edib, kötək və acı dildən uzaq olaq.
Məsum və pak Əhli beytin (əleyhissalam) rəftar və hədislərindən istifadə edərək ibrət dərsi alaq, bir-birimizi moizə edək, o böyük şəxsiyyətlərin başdan-başa nəsihətamiz yaşayışını ülgü götürək və onların qızıl tək sözlərini xatırlayaraq heç vaxt unutmayaq. Mövzunun mühüm olmasıyla əlaqədar məsum İmamlarımızdan (əleyhissalam) bir neçə nümunəvi hədisi qeyd etmək yerinə düşərdi.
Məsumlar (əleyhissalam) buyururlar: “Qadınlarınızın ən yaxşısı o qadındır ki, hər zaman yoldaşını əsəbiləşdirsə və ya onu qəzəbli halda görsə, ona “mənim əlim sənin əlindədir və təkcə sənə təsliməm” söyləsin. (Biharul-ənvar”, 103-cu ciıd.)
Eləcə də buyurublar: “Əgər bir qadın, əri ondan razı olmadığı halda yuxuya getsə, Allah məlaikələri sübhə qədər ona lənət  edərlər.” (Biharul-ənvar”, 103-cu ciıd)
MEHRİBANLIĞIN AİLƏ HƏYATINDA ROLU
Ailə məsuliyyətlərini yerinə yetirmək güzəşt, geniş ürək, siyasət, ağıl, səbr, alicənablıq, bağışlamaq və elm tələb edir. Evin böyüklüyü ailəni qorumaq və ondan muğayat olmaqdadır. Necə ki,  “bir millətin və ya cəmiyyətin başçısı onun xidmətçisidir” demişlər.
Yuxarıda qeyd etdik ki, nəsihətin müsbət təsir bağışlanmasında mehribanlıq, məhəbbət və mülayimliyin rolu böyükdür. Qurani – Kərim “Loğman” barəsində buyurur:
“Loğman oğlunu nəsihət edərkən belə dedi: Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şəksiz şirk böyük günahdır.”(Loğman surəsi, ayə 13)
Bu ayədə Loğmanın nəsihət etdiyi vaxt mehribanlıq və məhəbbətlə danışdığının və oğlunu mülayimliklə nəsihət etdiyinin şahidi oluruq. Sonra isə dediklərini dəlil ilə əsaslandırır. Çünki kobudluq və tündlük nəsihətin təsir imkanını aradan aparmaqla bərabər ədəbsizlik və həyasızlıq nümunəsidir.
Ailəyə nəsihət etmək üçün Əhli-beyt (əleyhimussalam) hədisləri xüsusilə də baş vermiş hadisə və ya məsələ ilə nəsihət etmək daha münasib, daha səmərəlidir. Məsələn, moizə zamanı həmin məsələyə işarə edərək İmamlarımızdan gəlib çatan hədisi belə zikr edəsiniz.
Hədislərdə deyilibdir ki, “qadın əri qarşısında uzundillik edərsə, qiyamət günü onun dili o qədər uzanacaq ki, bütün məhşər əhli onu tapdalayacaqlar.” Və yaxud bu hədis: Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) merac gecəsində Cəhənnəmdə öz dillərindən asılmış bir dəstə qadın görür. Bunun səbəbini Cəbraildən soruşanda, Cəbrail “bunlar ərləri qarşısında uzundillik edən qadınlardır”-deyə cavab verir Əlbəttə, nəsihət zamanı bu hədislərin bəyanının son dərəcədə mülayim və məhəbbətlə olmasını unutmamalıyıq. Çalışmaq lazımdır ki, heç vaxt kobudluq və bəd xasiyyətlə nəsihət olunmasın. Əks-halda nəsihət lazım olan tə`siri göstərməməklə yanaşı, mənfi və pis təsirini bağışlayacaqdır.
Qeyd etmək lazımdır ki, ər-arvad arasındakı narazılıq və ixtilafların səbəbi adətən hər iki tərəfin təqsiri üzündən baş verir.  Təkcə qadın və ya kişinin müqəssir sayılaraq qınanması düzgün deyildir. İxtilafların mənşəyi xudbinlik, öz sözünü yeritmək və geniş ürəyin olmamasıdır. Belə ki, əgər cəmiyyət geniş ürəyə malik olub xudbinliyi özündən kənar edərsə çəkişmələr və narahatlıqlara da son qoyular. Belə olan təqdirdə çətinlik və narazılıq da yaranmaz.
Aydın məsələdir ki, iki nəfər, o cümlədən çox vaxt ər-arvad arasında tam müvəffəqiyyət hasil olmur. Çünki, bu müvafiqlik təkcə ruhları bir, eləcə də Allahın əmrinə qeydsiz-şərtsiz təslim olan Peyğəmbər və ilahi övliyalar arasında mövcuddur. Elə buna görə də ailədə ər-arvadın bütün məsələlərdə bir-biri ilə tam razılığa gəlmələri mümkün deyildir. Bir məsələ barəsində nəzərlərin müxtəlif olması təbiidir. Bu da gözəl ailə münasibətlərini öz mənfi təsiri altına salmamalı, hətta ailə mühitini belə tənəzzülə uğratmamalıdır. ailədəki nəzər və xasiyyətlərin müxtəlif olmasının çarəsi geniş ürəyə malik olub ixtilaf və çətinliklərlə qarşılaşarkən tündlük göstərməkdən, dad-fəryad etməkdən çəkinməkdədir.
Belə ki, ağıl və səbrlə ixtilaf və ya çətinliyin kökünü tapıb həll edilməsinin, aradan qaldırılmasının yolları barədə fikirləşməlidirlər. İxtilafın yaranmasında müqəssir kişidirsə, gərək öz səhvini iqrar edib çəkinmədən üzr istəsin. Çünki bunun özü mərdlik və onun tələbidir. Əgər kişi təqsirkar olub öz səhvini boynuna almazsa nə qadını nə danlaya bilər, nə də nəsihətinin müsbət təsiri olar. Bu zaman kişinin özü daha artıq nəsihətə möhtacdır.
İslam İnqilabının rəhbəri İmam Xomeyni həzrətləri bu barədə belə buyururdu: Xalq arasında işlənən “kişinin sözü bir olar” atalar məsəli doğru deyildir. Əsl kişi odur ki, səhvə düçar olarkən öz səhvini etiraf etsin. Çünki biz məsum deyilik, səhvlərimiz də çoxdur. Buna görə də lazımdır ki, səhvlərimizi boyunumuza alaq.
İnsan haqq qarşısında diz çökməyi bacarmalıdır. İctimai mühitdə yalnız mülayim və öz səhvini qəbul edənlər müvəffəqiyyət əldə edə bilərlər. Belə olmazsa insan cəmiyyətdən uzaqlaşacaqlar. Mürüvvət və mərdlik nişanələrindən biri də ixtilaf zamanı haqqı sahibinə verməkdir. Bəzilərinin “əgər kişi öz səhvini etiraf edərsə qadın qorxmaz və ədəbsiz olub kişinin hörmətini saxlamaz” deməsi şeytan vəsvəsəsidir. Haqqın qarşısında hər bir şey qiymətsizdir, haqqa baş əymək gərəkdir.
İmam Həsən Müctəba (əleyhissalam) səhabələrindən biri olan Cünadəyə belə buyurdu:
“Əgər bir adam qohum-əqrəbası olmadan əziz olmaq, ürəklərə nüfuz tapıb heç bir qüdrətə malik olmadan heybətli və hörmətli olmaq istəyərsə, günahın xar və zəlillik libasını əynindən çıxardıb Allaha bəndəçiliyin izzət və şərəfli libasını geyinməlidir.”
Bu barədə Qurani-Kərim belə buyurur:
“İman gətirib yaxşı əməllər görənləri, Rəhman Allah məhbub edəcəkdir.”
İSLAMDA AİLƏ. KİŞİ QADININ HİMAYƏÇİSİDİR.
Müqəddəs Quranda ev idarəçiliyi barəsində çoxlu qaydalar
mövcuddur, o cümlədən:
“(İşgüzar) kişilərin qadınlara böyüklük və onları qorumaq
haqqı vardır, ona görə ki, Allah bə`zilərini bə`zilərindən üstün
qərar verib və ona görə ki, kişilər öz mallarından qadınların məişət
və yaşayış xərclərini ödəyirlər.”(Nisa surəsi, ayə 34)
Buna əsasən evin böyüklüyü kişi ilə bağlı olaraq onun qadın
üzərində böyüklük haqqı vardır. Başqa sözlə desək, idarə işləri, mənzil tədarükü maddi və mənəvi cəhətdən kişinin öhdəsinədir.
Əlbəttə, bu ağır vəzifəni yerinə yetirmək yalnız qəlblərə hakim
kəsilməklə mümkündür ki, tənha maddi bədənə malik olmağın təsiri
yoxdur. Çünki, zor və qüvvət daimi deyildir.
Qanunvericilikdə müvəffəqiyyət qanuna riayət edənlərin
qəlblərinə hakim kəsilməkdir. Kişinin də ailədə böyüklük etməsinin
müvəffəqiyyəti ailə üzvlərinin ürəklərinə hakim olması ilə bağlıdır.
Belə olan halda kobudluq və tünd xasiyyətliyə yol verilmir və
nəticədə ev mühiti başqa İslami mühitlər kimi, zorakılıq, dava-dalaş
və bədrəftarlıqdan uzaq olur.
Qeyd olunan ayədən məlum olduğu kimi, kişilərin ailədə
hakim olmalarının bir neçə dəlili vardır ki, onlardan biri də kişilərin
yüksək fikir və düşüncə qabiliyyəti, qadınların isə güclü atifəyə
(emosianal xüsusiyyətə) malik olmasıdır. Fikir və düşüncə tələb edən
qayğılar kişinin, məhəbbət və mehribanlıq rəftarı isə qadınların
öhdəsinədir.
Evdarlıq, ailə qayğıları, eləcə də uşaqların təlim-tərbiyəsində
məhəbbət və mehribanlığın rolu böyükdür. Fitrət və yaranış
xüsusiyyətinə görə bu cür vəzifələr doğrudan da qadının rəftar,
istedad, təbiət və bacarığı ilə münasibdir, bir halda ki, kişilər bu
vəzifələri yerinə yetirməyin öhdəsindən, fitrətləri qadın fitrət və
təbiətindən fərqli olduğu üçün gələ bilmirlər.
Kişinin vücudu uşaq saxlamaq və ya evdarlıq işləri üçün
yaranmamışdır. Kişidə yüksək fikir və düşüncə qabiliyyətinin olması
onun fitrət və təbiətinin ağır ictimai işlərlə münasibliyindən doğur.
“Qadın qızılgül, kişi isə uca və gövdəli bir ağaca bənzəyir. Zərif
və təravətli qızılgülün qızmar günəş istiliyinə, küləyə, tufana və qışın
sərt soyuğuna dözümü olmadığı kimi, qadının da ağır və yorucu
ictimai işlər qarşısında müqavimət və dözümü yoxdur.”
Beləliklə, kişi və ya qadının vücudu olmazsa cəmiyyətdə
çatışmazlıq və naqisliyin olmağı nəzərə çarpacaqdır. Bu cəhətdən
kişinin təlabatına əsasən, mənzil tədarükü və ağır işlər evdarlıq və
zərif işlər isə təbiətinə əsasən qadının öhdəsinə verilmişdir. Aydın
məsələdir ki, bu kişinin qadından üstün olmasına dəlil ola bilməz.
Quran “kişilər qadınlardan üstündür”
buyurduğunun mə`nası budur
ki, kişi qadına nisbətən vücud üstünlüyü deyil, yüksək “ fikir və
düşüncə üstünlüyü”nə malikdir. Eyni zamanda qadının da kişiyə
nisbətən üstünlüyü vardır ki o da “atifə, mehr-məhəbbət və
mehribanlıq üstünlüyüdür.” Quran kişinin qadına olan üstünlüyünü bəyan etmək qəsdində deyildir və bu ayə qadının yüksək məqamına
təhqir kimi hesab edilməsin.
Sözümüzün əvvəlində kişinin güclü fikir və düşüncə
qabiliyyətinə malik olub nəticədə qadından daha artıq ayıq və huşlu
olduğunu, eləcə də qadının güclü atifə, məhəbbət və mehribanlıq
hislərinə malik olduğunu və bunun da nəticəsində kişidən daha artıq
atifəli, mehr-məhəbbətli olduğunu qeyd etdik.
Kişi və qadın arasındakı bu fərqi onlardan birinin digəri
üzərində üstünlüyü kimi düşünmək düzgün deyildir. Bu fərq yalnız
kişi və qadınlar arasında asayiş, məhəbbət və mehribanlıq mənşəyi
olmaqla yanaşı, Allahın
“Allahın nişanələrindən biri də budur ki, sizlərə özünüzdən
həyat yoldaşı yaratdı ki, onların yanında rahat olasınız. Və sizin
aranızda məhəbbətlə mehribanlıq yaratdı. Bu mühüm məsələ (ər-arvad arasında mehribanlıq həmdəmlik və ünsiyyətin olmasıdır ki,
həqiqətdə həyatın möhkəm dirəyi sayılıb asayiş və rahatlıq
mənşəyidir) təfəkkür və düşüncə əhli üçün Allah hikmətindən bir
nişanədir.
İSLAM DİNİNƏ GÖRƏ AİLƏ MÜNASİBƏTLƏRİ. AİLƏ TƏŞKİLİNDƏ İLK ADDIM
addım atmaqdır. Bu məsələni əhəmiyyətli edən agah və
düşüncəli dünyada yaşamağımız və həqiqi niyyətlərimizə,
məqsədlərimizə cavab verilməsidir.
Əgər niyyət və məqsədimiz düzgün olsa, həyat
ağacımız bar-bəhrəli olar, yaxşı səmərə verər. Bə`zən bir
niyyətin tə`sirləri o qədər xeyirli və bərəkətli olur ki,
insanın həyatında əhəmiyyətli iz qoyur.
Ailə qurmaq da
böyük və taleyüklü addım olduğundan öncədən düzgün
niyyət və məqsəd üzərində qurulduqda zövcələrin
xoşbəxtliyinə tə`sir göstərir. Bu səbəbdən də müqəddəs
ailə təməli qoymaq istəyən qadın və kişi öncədən sədaqət,
paklıq, Allahın razılığı yolunu seçməli, qərara
gəlməlidirlər ki, öz ilahi bağlılıqlarında və ailə həyatının
bütün mərhələrində Allahın razılığından savay
umacaqları olmayacaq. Bu halda qurulmuş ailə ilahi
rəhmət və bərəkətdən bəhrələnəcək, Allah və`d etdiyi sevgi və mərhəməti bu ailəyə nəsib edəcək. İlahi sevgi və
mərhəmətin ilkin əlamətləri paklıq və fəzilət dolu ailədə
zövcələrin aramlıq tapması, onların həyat iztirablarından
GƏNC AİLƏLƏR ÜÇÜN GÖSTƏRİŞLƏR. Muhəmməd Əli Sadat
Kitabı Oxu / Yüklə