Hüquqi Məsələlər - Həsən Əskəri Dərnəyi
<language>az</language>
<description>Hüquqi Məsələlər - Həsən Əskəri Dərnəyi</description>
Sual: Hansı hallarda boşanmaq olmaz?
Cavab: Boşanmaq fikirləşdiyimiz kimi asan proses deyil. Qanunvericilik nikahın pozulması zamanı bir sıra məhdudiyyətlər qoyur. Belə ki, arvadın hamiləliyi dövründə o cümlədən uşağın doğulmasından sonra bir il müddətində arvadın razılığı olmadıqda ər nikahın pozulması barədə iddia qaldıra bilməz. Bu hal nikahın məhkəmə qaydasında və VVADQ şöbələrində nikaha xitam verilməsi qaydalarına da aiddir. Uşağın doğulmasından bir il keçdikdən sonra bu müddəa öz qüvvəsini itirir və əvvəlki işin icraatına xitam verilməsindən asılı olmayaraq ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilər.  Onu da qeyd edək ki, qanunvericilik ölü doğulmuş uşağı və ya doğulduqdan sonra bir il müddətə yaşamayan uşaqların istisnasını müəyyən etməmişdir. Bir sözlə bu hallar da ərin nikahın pozulmasını tələb etmək hüququnu məhdudlaşdırır. Ailə Məcəlləsinin 15-ci maddəsinin tələbinin uşağın 1 yaşına çatanadək ölməsi halına şamil olunub-olunmaması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunun bu norması imperativ xarakter daşımaqla birmənalı şəkildə müəyyən etmişdir ki, arvadın razılığı olmadan ər uşağın doğulmasından sonra 1 il müddətində nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Qanunun müəyyən etdiyi 1 il müddətində məhdudiyyət uşağın bir neçə aydan sonra ölməsi faktı ilə əlaqələndirilmir və onun ölümü də 1 illik müddəti aradan qaldırmır. Bu baxımdan, Ailə Məcəlləsinin 15-ci maddəsində nəzərdə tutulan 1 illik məhdudiyyət uşağın ölü doğulduğu və ya bir yaşına çatanadək öldüyü halları da ehtiva edir. Göstərilən maddənin mənasına görə ərin arvadın razılığı olmadan nikahın pozulması barədə iddia qaldırmaq hüququ, uşağın ölü doğulması və ya bir yaşına çatanadək ölməsi hallarında da, yalnız uşağın doğulduğu gündən 1 illik müddət tamam olduqdan sonra yaranır.
Sual: İnzibati xətanın qəsdən və ehtiyatsızlıqdan törədilməsi dedikdə nə başa düşürük?
Cavab: 1.) İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 2.)İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur.
Sual: İslah işləri nə qədər təyin oluna bilər və kimlərə təyin olunmur?
Cavab: İslah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. İslah işlərinə məhkum olunmuş şəxs həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş iki gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması və ya dörd gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. İslah işləri orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və hərbi qulluqçulara təyin edilmir.
Sual: Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri hansılardır?
Cavab: Yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir: 1. cərimə; 2. ictimai işlər; 3. islah işləri; 4. azadlığın məhdudlaşdırılması; 5. müəyyən müddətə azadlıqdan məhrum etmə. - Cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir. - İctimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz. Yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur. Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir.
Sual: Yol-nəqliyyat hadisəsi yerindən qaçma hansı hallarda məsuliyyətə səbəb olur?
Cavab: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır. O, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və ya yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalrını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zamanı hadisələr baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur. ]]></turbo:content>
Sual: Sürücülük vəsiqəmin müddəti qurtardığı halda ,mən avtomobilimi idarə edərəmsə cərimə yazıla bilərmi?
Cavab: Bəli, siz İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən yəni Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- yüz manat məbləğində cərimə ediləcəksiniz.
Sual: Əmək müqaviləsi necə bağlanmalıdır?
<turbo:content><![CDATA[ Sual: Əmək müqaviləsi necə bağlanmalıdır?
Cavab: Əmək müqaviləsi yazılı formada bağlanır. - Tərəflərin razılığı ilə əmək müqaviləsi Əmək Məcəlləsinə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. - Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. ]]></turbo:content>
<content:encoded><![CDATA[ Sual: Əmək müqaviləsi necə bağlanmalıdır?
Sual: Cinayət məcəlləsində nəqliyyatın idarəsindən məhrum etmə hansı halda və nə qədər təyin edilə bilər?
Sual: Cinayət məcəlləsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə hansı hallarda və nə qədər təyin oluna bilər?
Cavab: Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.
Sual: Məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası necə müəyyən olunub?
Cavab:                                  1. Əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir. 2. Müstəsna hallarda — istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirməlidir. 3. Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək Əmək Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir. 4. İşçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız işəgötürənin mülahizəsi ilə həyata keçirilə bilər.
Sual: Beh nədir, beh razılaşması haqqında qanun nə deyir?
Cavab: Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən Mülki Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Mülki Məcəllənin 492-ci madəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.